Menu

"Ölkəmizdə 9 min nəfər rus hərbçisi var” - Poroşenko

21.01.2015, 20:21
"Ölkəmizdə 9 min nəfər rus hərbçisi var” - Poroşenko

“Əgər bu, işğal deyilsə, bəs, onda işğal nəyə deyilir?”

“Reuters”in Davosdan verdiyi xəbərdə deyilir ki, İsveçrədə keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edən Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, Rusiyanın Ukrayna ərazisində 9 min nəfər hərbçisi var. O, rəsmi Moskvanı öz qoşunlarını Ukraynanın şərqindən geri çəkməyə çağırıb.

Davosdakı Beynəlxalq İqtisadi Forumda o, bildirib ki, Ukraynadakı Rusiya qoşunlarına ağır silahlarla dəstək verilir, xüsusən tanklar və artilleriya sistemləri onların hücumlarını daha da gücləndirir.

“Əgər bu, işğal deyilsə, bəs, onda işğal nəyə deyilir”, - deyə Ukrayna prezidenti soruşub. Prezident Rusiyanı sülh planına sadiq olmağa çağırıb və əməkdaşlığa səsləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol