Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynanın şərqində döyüşən rus əsgərlərinin sayını açıqlayıb.Axar.az xəbər verir ki, İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunda danışan Poroşenko Ukraynanın şərqində 9 min rus əsgərinin vuruşduğunu bildirib.
Poroşenko bundan əlavə Rusiyanın zirehli texnikalarının da ölkənin sərhədləri istiqamətində toplandığını vurğulayıb: “Mənim ərazimdə 9 min rus əsgəri, 500 rus tankı, ağır artilleriya və zirehli maşınlar var”.
Rusiyanın dünyaya açar olduğunu qeyd edən Poroşenko qoşunların çıxarılmalı və sərhədlərin bağlanılmalı olduğunu vurğulayıb.
Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiya ilə sərhəddə 50 min rus ordusunun cəmləşdiyini bildirib.

NATO-nun baş katibi növbəti dəfə rəsmi Moskvanı öz qüvvələrini Ukrayna ərazisindən çıxartmağa çağırıb. Rusiya hökumətinin rəsmisi Arkadiy Dvorkoviç adıçəkilən ittihamları rədd edib və ölkəsinin Ukraynanın daxili işlərinə qarışmadığını vurğulayıb.


Şərhlər