Menu

Fransa prezidentindən ermənipərəst addım

22.01.2015, 09:20
Fransa prezidentindən ermənipərəst addım

Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurasının builki şam yeməyi çərçivəsində yanvarın 28-də keçiriləcək tədbirə Fransa prezidenti Fransua Olland da qatılacaq. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə fransız-erməni dilli “Nouvelles de Armenie” jurnalı xəbər yayıb.

Xəbərdə Ollandın qatılacağı tədbirdə “2015- soyqırımın 100 illiyi” proqramına start veriləcək.

Xatırladaq ki, Fransua Olland saxta genosid iddiasının kriminallaşmasının qızğın tərəfdarlarındandır və uydurma yubileyədək qanun layihəsinin ölkə parlamentindən keçməsinə nail olub ermənilərə məxsusi hədiyyə etməyə çalışır.

2011-ci ildə parlament eyni adlı qanunu qəbul eləsə də, Fransa Konstitusiya Şurası onu söz azadlığına zidd sayaraq qüvvədən salmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol