Menu

Marixuana leqallaşdırıldı

22.01.2015, 15:06
Marixuana leqallaşdırıldı

Yamayka Nazirlər Kabineti ada sakinlərinə kiçik həcmlərdə marixuana saxlamağa icazə verən qanun layihəsini təsdiq edib.

Trend-in cümə axşamı Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, sənəd hələ Senatda təsdiq edilməlidir.

Yeni qanun layihəsi, həmçinin yüngül narkotik maddələrin tibbi məqsədlər üçün yetişdirilməsi və yayılması qaydalarını nəzərdə tutur.

Bununla belə, ölkədə ictimai yerlərdə marixuananın çəkilməsinə qadağanın qüvvədə qalması təklif edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol