Beynəlxalq Valyuta Fondu 2015-ci ildə Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu dəyişib. Fins.az-ın məlumatına görə, bu barədə bankın regional proqnozlarla bağlı hesabatında bildirilir.

BVF-nin proqnozlarına görə, bu il Azərbaycanda Ümumdaxili Məhsulun artımı 2,2% olacaq. Xatırladaq ki, bu fondun oktyabrda açıqlanın proqnozundan aşağıdır – həmin vaxt BVF ölkəmizdə iqtisadi artımın 4,3% olacağını açıqlamışdı.

İndi isə BVF-in hesablamalarına görə, 2015- 2016-cı illərdə Azərbaycanda ÜDM-in həcmi müvafiq olaraq 78,1 mlrd. və 82,6 mlrd. dollar təşkil edəcək.

Xatırladaq ki, Azərbaycan hökumətinin rəsmi proqnozlarında isə 2015-ci ildə ölkədə iqtisadi artımın 4,4% olacağı bildirilir.

Proqnozlara görə, 2015-ci ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM artımı 4,1%, 2016-cı ildə isə 4% olacaq. Neft sektorunda isə bu il 0,9%-lik azalma gözlənilir.

Fond Azərbaycanda qiymət artımı proqnozunu da dəyişib. Belə ki, BVF oktyabrda inflyasiyanın 3% olacağını bildirsə də, indi bu göstəricinin 2% olacağını proqnozlaşdırır.