Menu

İntiqam Əliyevin məhkəməsi: növbəti proses 3 fevralda olacaq

23.01.2015, 14:36
İntiqam Əliyevin məhkəməsi: növbəti proses 3 fevralda olacaq

Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hüquqşünas İntiqam Əliyevin işinə dair ilkin məhkəmə-hazırlıq iclası keçirilib.

Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru xəbər verib.

Onun sözlərinə görə, proses tezliklə başa çatıb. Hüquq müdafiəçisinin heç bir vəsatəti təmin edilməyib. Növbəti proses fevralın 3-də, saat 11:00 -da olacaq.

İntiqam Əliyev ötən il avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.

O, ittihamları rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol