Səudiyyə Ərəbistanının neft siyasətində ölkə kralı Abdullah bin Əbdüləziz Əl Səud vəfatından sonra əhəmiyyətli dəyişiklik olmayacaq.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə bu gün Beynəlxalq enerji agentliyi (BEA) baş iqtisadçısı Fatih Birol bildirib.
“Kralın vəfatından sonra və dəyişikliklərlə əlaqədar (hökumətdə) mən Səudiyyə Ərəbistanının neft siyasətində heç bir əhəmiyyətli dəyişiklik gözləmirəm. Mən gözləyirəm və ümid edirəm ki, onlar neft bazarlarında sabitlik faktoru olaraq qalmaqda davam edəcəklər”,- deyə Birol “France Press” agentliyinə hazırda Davosda keçirilən Dünya iqtisadi forumunda bildirib.

Şərhlər