Menu

BMT itkiləri açıqladı

23.01.2015, 18:05
BMT itkiləri açıqladı

Ukraynanın şərqində ölənlərin sayı 5086 nəfərə çatıb.

BMT-nin İnsan Hüquqları üzrə İdarəsi Ukraynada baş verən döyüşlər nəticəsində ölənlərin statistikası açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ötən ilin aprelindən Ukraynanın şərqində başlayan döyüşlərdə 5086 nəfər ölüb. Bildirilib ki, təkcə bu il yanvarın 13-dən indiyədək 262 adam ölüb və son 10 gündə vəziyyət daha da gərginləşib.

Ukrayna ordusunun nümayəndəsi Andrey Lısenko deyib ki, təkcə son gün ərzində Ukraynanın şərqində 3 Ukrayna əsgəri həlak olub, təqribən 50 nəfər yaralanıb. Həmçinin 3 əsir və 8 meyit qaytarılıb.

O, Ukrayna ordusunun bir neçə yaşayış məntəqəsini itirməsi ilə bağlı separatçıların yaydığı məlumatı təkzib edib: "Donetsk hava limanının bir hissəsi hazırda ordumuzun nəzarəti altındadır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol