Menu

Hüsnü Mübarəkin iki oğlu həbsdən azad edildi

23.01.2015, 20:30
Hüsnü Mübarəkin iki oğlu həbsdən azad edildi

Sisi keçmiş komandanına sədaqət nümayiş etdirir

“Agence France-Presse“ bildirir ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hər iki oğlu bu gün həbsxanadan azad olunublar. 54 yaşlı Alaa və 51 yaşlı Qamal Mübarək bu gün səhər saatlarında zindanı tərk ediblər. 2011-ci il hadisələrinə görə 4 ilə yaxın müxtəlif ittihamlarla həbsdə qalan qardaşlardan öncə isə Hüsni Mübarək azad edilmişdi. Düzdür, o, hazırda hərbi xəstəxanada yatır. Ancaq o, azadlıqdadır.

Misirin “Müsəlman Qardaşları” təşkilatının prezident seçilmiş lideri Məhəmməd Mursi Mübarək ailəsinə qarşı son dərəcə qəzəbli idi.

Ancaq Qərbin dəstəyi ilə onu iqtidardan uzaqlaşdıran general Abdel Fattah as-Sisi prezident olduqdan sonra Mübarək ailəsinə münasibət kökündən dəyişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol