Menu

İraqda iki jurnalist öldürüldü

24.01.2015, 01:15
İraqda iki jurnalist öldürüldü

İraqda daha iki jurnalist öldürülüb.ANS PRESS-in məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.

Ölənlərdən iki nəfərinin jurnalist olduğu bildirilir. Bu məlumatı hakimiyyət orqanları təsdiqləyirlər.

Verilən məlumata görə, jurnalistlər Əl-Ghadeer telekanalının əməkdaşları olublar.

Aviahücümlar nəticəsində telekanalın daha iki əməkdaşı xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol