Menu

İŞİD 50 min kvadrat kilometr əraziyə nəzarət edir

24.01.2015, 08:59
İŞİD 50 min kvadrat kilometr əraziyə nəzarət edir

İŞİD terror qruplaşmasının sıralarında döyüşən 20-30 minədək silahlı təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, müvafiq hesablamalar Pentaqonda aparılıb.

“İŞİD sıralarında döyüşən silahlıların dəqiq sayını müəyyən etmək çətindir, bu rəqəm təxminən 20-30 min civarındadır... Silahlılar təxminən 50 min kvadrat kilometr əraziyə nəzarət edir. Bu rəqəmlər daim dəyişir”, deyə Pentaqon rəsmisi Con Kirbi brifinqdə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol