Menu

Bələdiyyə binası yanır: xəsarət alan var

24.01.2015, 10:23
Bələdiyyə binası yanır: xəsarət alan var

Binada həm də kəndin mədəniyyət evi yerləşir

Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.

Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol