Menu

İran və İraq futbolçuları dalaşdı

24.01.2015, 17:36
İran və İraq futbolçuları dalaşdı

Yanvarın 23-də Avstraliyanın paytaxtı Kanberrada keçirilən Asiya Çempionatında bir zamanlar müharibə meydanlarında üz-üzə dayanmış İran və İraq komandaları yarışıblar. Oyunun əsas hissəsində hesab 3:3 bərabər olduğundan qalibi penaltilər müəyyən edib. Penaltilərdə isə İraq milli komandası rəqibini 7:6 hesabı ilə udub.

İraqın oyunçusu Marwan Hussein Al-Ajeeli-lə İranın qapıçısı Alireza Haghighi-nin üz-üzə gəldiyi həlledici andan sonra əsəbləri gərilən oyunçular bir-birinə girib.

Meydana daixl olan rəsmilər futbolçuları sakitləşdirib, qarşıdurmanın böyüməsinin qarşısını alıblar (azadliq.org).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol