Menu

Ukrayna Rusiyanı Haaqa Tribunalına verir

25.01.2015, 21:54
Ukrayna Rusiyanı Haaqa Tribunalına verir

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 2014-2015-ci illərdə ölkə vətəndaşlarına qarşı bəşəriyyət əleyhinə törədilmiş cinayətlərlə bağlı Haaqa Tribunalına müraciətlə bağlı prosedurlara başlamağı tapşırıb. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında yerləşdirilən məlumatda bildirilir.“Ukrayna həm də DXR və LXR-i terror təşkilatları qismində tanınmasını xahiş edəcək” – sənəddə qeyd edilir.

Təhlükəsizlik Şurasının iclası Mariupulun atəşə tutulmasından bir gün sonra keçirilib. “Tədbir iştirakçıları Rusiya təhlükəsinə və Moskvanın dəstəklədiyi terrorizm hallarına qarşı önləyici fövqəladə tədbirləri müzakirə ediblər”, - deyə bəyanatda vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol