İranla görüşlərin növbəti mərhələsi yanvarın 29-na planlaşdırılır.
İsrailin baş naziri Benyamin Netanyahu bu həftə İranın nüvə proqramına dair 6-lıq ölkələri ilə rəsmi Tehran arasında keçirilcək danışıqlar barədə xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, görüşün növbəti mərhələsi Türkiyənin İstanbul şəhərində yanvar ayının 29-na planlaşdırılır.
Netanyahu nazirlər kabinetinin iclasında çıxışı zamanı qeyd edib ki, 6-lıq ölkələrinin İranla əldə edə biləcəyi razılaşma bu ölkəni nüvə dövlətinə çevirə bilər. Onun sözlərinə görə, İran nüvə dövləti olacağı təqdirdə isə, o, öz silahını ilk olaraq İsrailə yönəldəcək.
İranla 6-lıq ölkələri arasında nüvə danışıqlarına dair yekun razılaşma əldə olunmayacağı təqdirdə, ABŞ Konqresi rəsmi Tehrana qarşı yeni sanksiyalar tədbiq etməyi planlaşdırır. Prezident Barak Obama bu plana qarşı çıxır.


Şərhlər