Menu

Almaniya əfqanlara 1 milyon dollardan artıq ödəniş edib

26.01.2015, 10:42
Almaniya əfqanlara 1 milyon dollardan artıq ödəniş edib

Almaniya bildirir ki, Əfqanıstanda döyüşlərin vurduğu ziyana görə bu ölkəyə 1.1 milyon dollar (900 min avro) ödəyib.

Məlumatı dpa agentliyi yanvarın 25-də gördüyü bir hesabata əsasən yayıb.

Müdafiə Nazirliyinə aid bu rəqəm 2002-ci ilin əvvəlindən 2014-cü ilin avqustuna qədər olan dövrü əhatə edir.

Bu məbləğin yarıdan çoxu - 601 min dollar 2009-cu ilin sentyabrında Almaniyanın Kunduz vilayətində iki tankeri bombalamasına görə ödənib. Həmin hadisədə 100 nəfər ölüb. Hər ölənin ailəsinə 5 min dollar verilib.

503 min dollar heyvanların yaralanması və ya öldürülməsi, həmçinin mülkiyyətə ziyana görə ödənib.

Müdafiə Nazirliyi bu siyahını Die Linke partiyasından bundestaq üzvü Jan van Aken-in xahişi ilə hazırlayıb. (Azadlıq radiosu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol