Menu

Rusiya vizaları üçün yeni qayda qüvvəyə minir

26.01.2015, 10:44
Rusiya vizaları üçün yeni qayda qüvvəyə minir

Yanvarın 26-dan Rusiyada xarici turistlər üçün yeni qayda qüvvəyə minir.

Bu barədə ölkə mediasında Rusiyaya Səyahətlər Operatorları Assosiasiyası (ATOR) xatırlatma yayıb. Yeni qaydaya görə, turistlər Rusiyada baş çəkməyi planlaşdırdıqları şəhərlərin, yaşayış məskənlərinin siyahısını verməlidirlər.

Rusiya Federal Miqrasiya Xidməti həmçinin həmin ərazilərə səfər üçün dəvətnamə, eləcə də dəvətnaməni verən şəxsin və ya təşkilatın adını istəyir.

Bütün viza növlərində bu informasiya olmalıdır.

ATOR yeni qaydaların Rusiyada turizm sənayesinə ziyan vuracağını bildirir.

Sovet dövründə də bu cür informasiya əcnəbilər üçün məcburi idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol