Azərbaycanda avronun məzənnəsi növbəti psixoloji həddi keçib. Fins.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının yanvarın 26-sı üçün açıqladığı rəsmi məzənnələrində 1 avronun məzənnəsi 87,7 qəpik həddində müəyyənləşib.
Qeyd edək ki, Avropadakı iqtisadi böhran səbəbindən avronun məzənnəsi son aylar sürətlə enir. Təkcə bu ilin əvvəlindən indiyədək avronun məzənnəsi təqribən 6,4% ucuzlaşaraq 0,937 manatdan 0,877 manata enib.


Şərhlər