AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar ucuzlaşaraq 44,97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar ucuzlaşaraq 47,96 dollar olub.
Yanvarın 26-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 49,7 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, yanvarın 25-də qeydə alınmış qiymətdən 0,29 dollar azdır.
Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.


Şərhlər