Menu

Jurnalistin başsız cəsədi tapıldı

27.01.2015, 12:27
Jurnalistin başsız cəsədi tapıldı

Meksikalı jurnalist şəhər merinin göstərişi ilə öldürülüb

ANS PRESS-in məlumatına görə, Meksika hökuməti jurnalist Moises Sances Seresonun cəsədinin tapıldığını elan edib.

Moises Sances Sereso 3 həftə əvvəl itkin düşmüşdü.

Jurnalist Meksikanın şərqində yerləşən Verakrus şəhərində yaşayırdı. Şəhər qəzetinə başçılıq edən Sereco, 2 yanvarda öz evindən oğurlanmışdı.

Meksika prokurorluğunun yaydığı məlumatda bildirilir ki, jurnalistin başı bədənindən ayrılmış cəsədi şəhərin Medelin-de-Bravo rayonunda aşkarlanıb.

Artıq keçmiş polis əməkdaşı jurnalistin qətlində əli olduğunu etiraf edib. O, şəhər merinin göstərişlərini yerinə yetirdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol