Menu

Türkiyə-Suriya sərhədində gərginlik

27.01.2015, 17:26
Türkiyə-Suriya sərhədində gərginlik

Türkiyənin Suriya sərhədində gərginlik baş verir.

Musavat.com-un məlumatına görə, Kobaninin İŞİD-dən azad edildiyini eşidən kürdlər Kobaniyə keçməyə cəhd edir. Təxminən 200 adam əraziyə toplaşaraq sərhədi pozmağa çalışıb. Təhlükəsizlik qüvvələri sərhədi keçməyə çalışanlara gözyaşardıcı qaz sıxıb.

Eyni zamanda sərhəddə bayram əhvalı yaşanır. HDP-dən isə 10 millət vəkili Kobaniyə gedərək yerlilərin sevinclərinə şərik olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol