Putin Litvinenkonun zəhərlənməsində günahlandırılır
Yanvarın 27-də Londonda Rusiyanın keçmiş casusu Aleksandr Litvinenkonun ölümünə dair açıq məhkəmə başlanıb. Məhkəmədə bildirilib ki, o, Rusiyanın "mafiya dövləti"nin qəlbində "korrupsiyanı ifşa etdiyi" üçün qətlə yetirilib.
Məhkəmə başlayan kimi Litvinenkonun xanımı Marina-nın vəkili Ben Emmerson danışıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin "maskası bu məhkəmədə açılmalıdır, o, dövlət başçısı kimi geyinmiş bir ciyayətkadır".
Litvinenko 2006-cı ilin noyabrın Londonda qaldığı oteldə çayına qatılmış radioaktiv maddədən zəhərlənib. İki rusiyalı şübhəli Andrei Lugovoi və Dmitry Kovtun bu işdə əli olmadığını deyirlər.
Rusiya həmin şəxsləri təhvil verməkdən imtina edib. Kreml də bu ölümə aiddiyyatı olmadığını bildirir.
Məhkəmənin iki ayadək uzanacağı gözlənir.


Şərhlər