Menu

Saxta nazirin acı etirafı

28.01.2015, 14:25
Saxta nazirin acı etirafı

Movses Akopyan: "Azərbaycan ordusu günəbəgün güclənir"

Özünü Dağlıq Qarabağın qondarma müdafiə naziri hesab edən Movses Akopyan Ermənistan mətbuatına açıqlama verib, Azərbaycan ordusunun günbəgün inkişafını, gücləndiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, o jurnalistələrə deyib ki, Azərbaycan hər gün inkişaf edir, orduda fəallığı artırır, bu, heç nə demək deyil. Azərbaycan tərəfi erməni ordusunun hərəkətlərinə cavab verməklə gücünü göstərir, qarşı tərəfə müəyyən zərbə vurmağa çalışır.

M.Akopyan "erməni tərəfi rəqibə layiqli cavab verə bilirmi" sualına isə belə cavab verib: "Biz cavab vermirik, amma, planlaşdırdığımızı edirik. Bizim istənilən hərbi qulluqçumuz "Vətənin" müdafiəsi vaxtı müəyyən imkanlar çərçivəsində sərbəst hərəkət etmək hüququna malikdir. Ancaq Azərbaycanın fəallaşmasını gözardına vurmaq doğru olmaz. Bu, bizi çox düşündürür."

Göründüyü kimi, nəhayət, ermənilər özləri Azərbaycan ordusunun nəyə qadir olduğunu dərk ediblər və bunu açıqca etiraf etməyə başlayıblar. İqtisadi, siyasi, hərbu cəhətdən tükənən, bundan sonra mübarizə aparmaq ruhunun olmadığını göstərən M.Akopyanın bu açıqlaması İrəvan ermənilərinə bir xəbərdarlıqdır və Dağlıq Qarabağ ermənilərini düşündürməyə vadar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol