Menu

PKK Cizrədə "asayiş"i nəzarətə götürdü

31.01.2015, 11:12
PKK Cizrədə "asayiş"i nəzarətə götürdü

PKK Türkiyənin Cizrə rayonunda yenidən fəallaşıb.

Musavat.com-un məlumatına görə, PKK liderlərindən olan Murad Karayılanın təlimatı ilə təşkilat üzvləri rayonun müxtəlif yerlərinə 500 xəndək qazılıb. Cizrədə təxminən 70 kəşfiyyat polisinin olduğu bildirilir. Lakin ciddi təhlükə mənbəyi olan bu xəndəklər haqqında milli kəşfiyyat idarəsi vaxtında lazımi yerlərə məlumat verməyib.

Bölgədə təhlükəsizlik nəzarəti də tamamən PKK-nın əlinə keçib. Təşkilatın gənclik qolunun üzvləri silahlarla xəndəklərin ətrafında növbə tutaraq təhlükəsizlik qüvvələri yaxına buraxmır.

Rayonda “asayiş”i nəzarət altına alan PKK-nın gənclik qolu dövlətin bölgədəki hakimiyyətini tamamən yox etmək üçün təhlükəsizlik kameraları söküb, baza stansiyalarına isə raket atıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol