Menu

Girov götürülmüş BMT əməkdaşları azad edildi

02.02.2015, 06:15

bmt6 nəfər girov BMT-nin ərzaq proqramı üçün çalışan vertolyot heyəti və sərnişinlər olub

Sudanda girov götürülmüş BMT əməkdaşları azad edilib. ANS PRESS-in məlumatına görə, 6 nəfər girov BMT-nin ərzaq proqramı üçün çalışan vertolyot heyəti və sərnişinləridir. Onları Sudanın Milli Azadlıq Hərəkatı adlanan təşkilat girov götürmüşdü.

Qeyd edək ki, BMT əməkdaşları olan vertolyot yanvarın 26-da hökumətə qarşı vuruşan Milli Azadlıq Hərəkatının nəzarət etdiyi bölgəyə məcburi eniş etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol