“Fitch” – beynəlxalq reytinq agentliyi Ermənistanın uzunmüddətli reytinqini həm xarici, həm də milli valyutada aşağı salıb.
Fins.az-ın agentliyə istinadən yaydığı məlumata görə, buna səbəb ölkə iqtisadiyyatının əhəmiyyətli dərəcədə Rusiyadan asılı olmasıdır. Son nəticədə Ermənistanın reytinqi “BB-”-dən “B+”a qədər azaldılıb. Reytinq üzrə proqnoz isə “Sabit” olub. Agentliyin ekspertləri hesab edir ki, Ermənistanın tədiyyə balansının pisləşəcək və bu ölkədə iqtisadi artım sual altındadır.


Şərhlər