Nə fərqi var ki, erməniyə çərkəz, yoxsa çeçen qorxaq deyir?!
Erməni həyasızlığı, erməni məkri, erməni riyakarlığı, erməni namərdliyi... nəhayət, erməni qorxaqlığı barədə yetərincə deyilib, yazılıb. Şübhəsizdir ki, həyasızlıq, məkr, riyakarlıq, namərdlik, binamusluq (erməninin bu məziyyəti barədə ayrıca məqalə ilə çıxış etmək fikrindəyəm), oğurluq və bu kimi digər tühaf keyfiyyətlər qorxaqlara xas olanlardır və erməninin sadaladığım keyfiyyətləri bir daha dolayısı ilə onun QORXAQ olduğunu ortaya qoyur.
Erməni qorxaqlığı barədə dillər əzbərinə çevrilmiş iki fikri qabartmaq istərdim. Onlardan biri populyar Azərbaycan atalar məsəlidir - «Erməni qan tökdü - bayıldı!»
İkincisi isə böyük rus şairi Aleksandr Puşkinin «Tazit» poemasında qoca qafqazlının dili ilə erməni qorxaqlığı, erməni xisləti barədə səsləndirdiyi fikirdir. Qeyd emək istərdim ki, böyük şair tərəfindən eməninin düz alnının ortasına vurulmuş bu damğa barədə bütöv Avrasiya yetərli məlumata malikdir. Poemada qoca dağlı (çeçen) doğma oğlunu qorxaqlığına görə belə lənətləyir:
«İtil burdan - sən mənim oğlum deyilsən,
Sən çeçen deyilsən - sən qarısan,
Sən qorxaqsan, sən köləsən, sən ermənisən!
Səni lənətləyirəm!..»
Diqqət yetirin, şair poemada məhz erməniyə barmaq tuşlayır, onu köləliyin, qorxaqlığın rəmzi kimi geniş oxucu kütləsinə təqdim edir. Bu, təsadüfdürmü?
Əlbəttə, yox! Nədən ki, qoca qafqazlı (çeçen) Qafqazda yaşayan xalqları yaxından tanımamış ola bilməzdi və bu baxımdan, onun qənaəti qafqazın bütün xalqlarının yekdil fikrinin ifadəsi sayılmalıdır...
Artıq neçə yüzildir ki, bu mənfur tayfa Puşkin «damğa»sını öz idbar sifətindən silmək istiqamətində ardı-arası kəsilməyən çabalar göstərir, onu yalanlamaq üçün dəridən-qabıqdan çıxır. Amma bu təşəbbüslər heç bir nəticə vermir. Nədən ki, həqiqətin bir üzü var - o, erməni kimi çoxüzlü deyil. Cəsarətlə absurd adlandıra biləcəyim belə təşəbbüslərdən biri ilə bu günlərdə üz-üzə qaldım və... növbəti dəfə erməni həyasızlığına heyrət etdim!
Rafael Papayan adlı erməni «Puşkinin bir misrası ətrafında düşünərkən» başlıqlı «məqalə»sində (mənbə: ararat-center.org, http://www.jigyarov.net) lap əndazədən çıxır. Böyük şairi birbaşa və açıq şəkildə tənqid etməyə cürəti çatmayan (çata bilməzdi də, çünki Puşkin milyonlar tərəfindən tanınmış dahi mütəfəkkirdir, ikincisi isə o, rus şairidir - erməni də rusun nökəridir və əsrlərdir ki, onun qucağında oturub!) bu dığa, dolyısı ilə onu «təftiş» edir və iki nəticəni oxucu kütləsinin zehniyyətinə yeritməyə çalışır: birincisi, Puşkin bu sətirləri heç də erməni barədə yox, məhz islam dini (müsəlmanlar) barədə yazıb. Bu qənaətini əsaslandırmaq üçün müəllif guya Puşkinin erməni millətindən olan çoxsaylı «görkəmli» dostlarının adlarını sadalayır və bildirir ki, bu qədər cəsur (!) erməni ilə şəxsi dostluğu olan, deməli erməni millətini yaxından tanıyan bir şəxs onlar barədə məlum misranı yaza bilməzdi. Başqa sözlə, Papayan heç bir mənəvi-hüquqi əsası olmadan, dahi şairin əvəzindən danışmaq cəhdi göstərir!
Bu, az imiş kimi, ardınca, müəllif iddia edir ki, məlum poemanın bir yerində Taziti çərkəz, digər yerində çeçen və s. adlandırmaqla şair demək istəyib ki, onun üçün poemanın qəhrəmanının milliyətinin heç bir əhəmiyyəti yoxdur, vacib olanı onun dini inancıdır - İslam dinidir! Sonra da yazır ki, əsərdə Puşkin heç də erməni qorxaqlığını yox, müsəlmanın qorxaqlığını lənətləyib və s. Belə çıxır ki, böyük rus şairi insanları dini etiqadlarına görə ayrıseçkiliyə məruz qoyurmuş! Erməni həyasızlığının, məkrinin miqyas və dərəcəsinə diqqət yetirdinizmi?!
Poemanın əlyazması ilə tanış deyiləm. İnanmıram ki, məqalə müəllifi də onu gözləri ilə görmüş olsun. Bu xüsusda, deyə bilmərəm ki, gerçəkdən şair əsərdə diqqətsizliyə yol verib (bir yerdə çərkəz, bir yerdə çeçen yazıb), yoxsa bu iddia da o biriləri kimi erməninin xəstə təxəyyülünün məhsuludur? Digər tərəfdən isə bunun elə bir əhəmiyyəti yoxdur - nə fərqi var ki, erməniyə çərkəz, yoxsa çeçen qorxaq deyir?!
Yuxarıda qeyd etdim ki, şair məlum misranı qoca qafqazlının - çeçenin dilindən səsləndirib. Mübahisəsiz demək olar ki, qafqazlı Qafqazda yaşayan insanları tanımamış deyildi və məhz erməniyə barmaq tuşlamaq üçün onun yetərincə əsası olub. Nədən ki, erməni qorxaqlığı və digər tühaf məziyyətləri barədə Qafqaz xalqlarının əksəriyyətinin atalar məsəli var. Puşkin də bu məsəlləri bilməmiş deyildi. Zavallı Papayan özü də məqaləsində etiraf edir ki, şair məlum poemanı Qafqaza səfərinin (1829 il) təəssüratlarından biri kimi qələmə alıb. Buradan bir daha aydın olur ki, şair məhz erməniyə barmaq tuşlayıb! Belə olmasaydı, əsərdə o, «...sən ermənisən!» əvəzinə, məsələn, deyərdi ki, «sən gürcüsən». Nə üçün deməyib? Ona görə ki, buna heç bir əsası olmayıb...
Söhbət gürcüdən düşmüşkən, bir gürcü atalar məsəlini önə çəkməklə, erməninin qapısına daha bir qol vurmaq istəyirəm. Məsəldə deyilir: «Erməni gəldi - dərd, bəla gəldi!». Erməninin Qafqaza gəlmə olması isə hamıya məlumdur...
Mirzə AG

Şərhlər