Ağdaş rayonunun Nemətabad kəndi ərazisində yerləşən "Türyançay Fermer Təsərrüfatı” MMC-nin ləğvetmə prosesində olan "DəmirBank” ASC-yə milyonlarla manat kredit borcu qalıb.
"AzPolitika"nın "Qaynarinfo"ya istinadən verdiyi məlumatına görə, MMC-nin "DəmirBank” ASC-yə 7 459 478,31 manat kredit borcu var.
MMC tərəfindən həmin borc qaytarılmadığı üçün şirkətin Bakı şəhəri, Səbail rayonu, 4-cü Maqomayev döngəsi, 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib.
Məhkəmə qeyri-yaşayış sahəsinin açıq hərracda satılması barədə qərar qəbul edib. Əmlakın likvid dəyəri 9 780 000 manat müəyyən edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Türyançay Fermer Təsərrüfatı” MMC-nin qanuni təmsilçisi iş adamı Mahmudov Firdovsi Bilal oğludur. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Şərhlər