ABŞ-də Donald Trampın “ehtiyat nüsxəsi” aşkar edilib. 

“AzPolitika” xəbər verir ki, Donald Trampın jurnalistlərlə son söhbətlərindən birində kadra ABŞ Prezidentinə zahirən olduqca bənzəyən bir şəxs düşüb. Onun hətta yerişi və hərəkətləri də sanki Trampın eynisi olub.

Video sosial mediada müzakirələrə yol açıb. Tanınmış amerikalı komediyaçı Con Stüart da öz verilişində bu kadrlara yer verib və bununla bağlı zarafatlar edib .

İnternetdə həmin adamı artıq "ehtiyat Tramp" adlandırırlar. Lakin tezliklə məlum olub ki, bu adam əslində Trampın 84 yaşlı qaynatası - Melaniya Trampın atası Viktor Knavsdır.

“AzPolitika.info”