Menu

“Nəyə görə 9 May Qələbə günü həmişə Moskvada qeyd edilir?”

02.02.2015, 16:05
“Nəyə görə 9 May Qələbə günü həmişə Moskvada qeyd edilir?”

“9 May Qələbə gününün niyə həmişə Moskvada qeyd edildiyini anlamıram. Nəyə görə biz məhz Moskvanın hərbi əməliyyatlarının bitdiyi yer kimi qəbul edilməsinə öyrəşmişik?”.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu RMF radiosunun efirində Polşa xarici işlər naziri Qjeqoj Sxetına deyib.

Onun sözlərinə görə, 9 May Qələbə gününün London, yaxud da digər Avropa ölkəsinin paytaxtında qeyd edilməsi daha məntiqli olardı. Bununla belə diplomat Qələbə gününün müharibənin başlandığı yerdə qeyd edilməsinin o qədər də xoş olmayacağını bildirib.

Xatırladaq ki, Polşa prezidenti Bronislav Komorovski Qələbə gününü mayın 8-də Qdansk yaxınlığında yerləşən Vesterplatte yarımadasında qeyd etməyi planlaşdırır. O, təntənəli mərasimə Avropa dövlətlərinin liderlərini dəvət etməyi düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol