Menu

 İbadoğluna və  Məmmədliyə son xəbərdarlıq edildi- Divanda "layk" davası

02.02.2015, 19:08
 İbadoğluna və  Məmmədliyə son xəbərdarlıq edildi- Divanda "layk" davası

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilib.

Müsavat başqanının müavini Elman Fəttahın APA-ya verdiyi məlumata görə, bu barədə bu gün Divanın toplantısında qərar qəbul olunub. O bildirib ki, E. Məmmədli Divanın iclasında iştirak edib və ona suallar ünvanlanıb: “Müsavat Partiyasına qarşı fəaliyyətini nəzərə alaraq ona Nizamnamənin müvafiq bəndinə əsasən xəbərdarlıq olunub”.

E. Fəttah qeyd edib ki, Divanda Q. İbadoğlunun da məsələsi müzakirəyə çıxarılıb: “Onun Divana gəlməməsi üzürsüz səbəbdən və saymazlıq kimi qiymətləndirildi. Ona xəbərdarlıq edildi kii, son olaraq Divanın növbəti iclasına qatılsın, iştirak etməsə, barəsində Nizamnaməyə uyğun qərar qəbul ediləcək”.

ellada memmedli  xeberBu gün fəaliyyəti ilə əlaqədar Müsavat Divanına dəvət olunan partiyanın Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli müzakirənin bəzi detallarını açıqlayıb.

E. Məmmədli APA-ya açıqlamasında deyib ki, Müsavat başqanı Arif Hacılı başda olmaqla, partiya funksionerləri Divanda ona bəzi suallar ünvanlayıblar və ittihamlar irəli sürüblər: “Onların xəbərdarlığı ondan ibarət idi ki, mən mövqeyimi dəqiqləşdirim – ya Azərbaycan Demokratiya və Rifah Hərəkatında qalım, ya da Müsavat Partiyasında. Mən də bildirdim ki, ADR ictimai hərəkatdır və siyasətə aidiyyəti yoxdur. Müsavat isə siyasi partiyadır və mən burada fəaliyyətimi davam etdirirəm. Qarşı tərəfin mənə olan ittihamlarının böyük əksəriyyəti ADR-lə bağlı idi. Deyirdilər ki, niyə sosial şəbəkələrdə Müsavat başqanına nalayiq sözlər yazanların fikirlərini bəyənirsiniz? Suallar çox anormal idi. Səxavət Soltanlı dedi ki, mən sosial şəbəkədəki profilimdə partiyanın qurultayının əleyhinə nə isə yazıram. Mən də bunu təkzib edərək bildirdim ki, sosial şəbəkədəki profil mənim özümə məxsusdur, Qadınlar Birliyinə yox”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol