Menu

Prezidentə 2 sui-qəsd cəhdi

03.02.2015, 09:13
Prezidentə 2 sui-qəsd cəhdi

Partlayışlarda 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb

Nigeriyada 2 kamikadze qadın prezident Qudlak Conatanın çıxış etdiyi stadionun yaxınlığında özünü partladıb. ANS PRESS-in məlumatına görə, Qombe şəhərində seçki kampaniyasında iştirak edən prezident çıxışını qurtarıb stadionu tərk edəndən təxminən 1 saat sonra partlayışlar baş verib.

Kamikadzelərdən əlavə 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb.

Qeyd edək ki, Qambe "Boko Haram" radikal islamçı qrupunun fəal olduğu bölgələrdəndir. Lakin hələ partlayışları heç kəs üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol