Menu

Ermənilər Şuşanın Daşaltı kəndində icma mərkəzi tikir - Fotolar

03.02.2015, 12:15
Ermənilər Şuşanın Daşaltı kəndində icma mərkəzi tikir - Fotolar

“Hayastan" Ümumerməni Fondunun Şuşanın Daşaltı kəndində tikdiyi icma mərkəzi tezliklə başa çatdırılacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, binanın tikintisini "Hayastan" fondunun Argentina filialı ( Dəvəçiyan ailəsi tərəfindən ) və Dağlıq Qarabağdakı separatçı rejim maliyyələşdirir.

İşğal edilmiş Qarabağda qeyri-qanuni tikinti işlərinin əsas sponsoru "Hayastan” Fondudur. Fond işğal altındakı Qarabağ ərazisini Ermənistana birləşdirən Vardenis-Ağdərə yolunun tikintisi kimi böyük maliyyə tələb edən qeyri-qanuni, strateji bir layihəyə də rəhbərlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol