Menu

"Divanın xəbərdarlıq qərarını qəbul etmirəm" - Ellada Məmmədli

03.02.2015, 14:02
"Divanın xəbərdarlıq qərarını qəbul etmirəm" - Ellada Məmmədli

Müsavatçı Qadınlar Birliyinin sədri Ellada Məmmədov sosial şəbəkədə status paylaşaraq dünən partiya Divanının növbəti toplantısına dəvət edilməsindən yazıb.

Musavat.com-un məlumatına görə, E.Məmmədova yazıb: Hörmətli müsavatçılar, dəyərli xanımlar və əqidədaşlarım, bildiyiniz kimi dünən divan iclasına dəvət olunmuşdum. Divanda mənə qarşı sürülən ittihamların böyük əksəriyyəti Azərbaycan Demokratiya və Rifah hərəkatına aid idi. Heç kimsəni Qadınlar Birliyinin sədri kimi fəaliyyətim maraqlandırmırdı. Əsas iddia ADR-də fəaliyyətim, mətbuatda və sosial şəbəkədəki yazılarımla bağlı idi. Bütün iradları nizamnamə çərçivəsində cavablandırmağıma baxmayaraq, sonda mənə məlum oldu ki, Divan tərəfindən xəbərdarlıq almışam. Hər birinizə bəyan edirəm: Heç bir nizamnamə pozuntusu etməmişəm , istər sıravi müsavatçı kimi , istərsə Qadınlar Birliyinin sədri olaraq. Mənə qərəzi və kini olan adamların bir arada toplaşaraq Divan adından verdiyi xəbərdarlıq qərarını qəbul etmirəm. Bunun üçün mübarizə aparacağam".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol