Menu

İngiltərə ordusu "Feysbuk" taboru qurdu

03.02.2015, 15:53
İngiltərə ordusu "Feysbuk" taboru qurdu

İngiltərə ordusu sosial mediadan istifadə etmək üçün "Feysbuk" taboru yaradıb.

Bununla da ordu sosial media vasitəsilə təşviqat əməliyyatı aparmaq niyyətindədir. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, yeni birliyin vəzifəsi sosial şəbəkədə təşviqatla məşğul olaraq düşmən üzərində üstünlük əldə etməkdir. Ölkədə "Feysbuk" döyüşçüləri kimi xarakterizə edilən birliyin əsl adı 77-ci tabordur.

1500 nəfərdən ibarət tabordakı əsgərlər sosial media mütəxəssisi, haker, kommunikasiya mütəxəssisləri kimi özəlliklərə malikdirlər. Yeni tabor "Tvitter"dən də istifadə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol