Menu

Səudiyyə Ərəbistanından 1 milyardlıq yardım

03.02.2015, 16:40
Səudiyyə Ərəbistanından 1 milyardlıq yardım

Səudiyyə Ərəbistanı Ukraynada kənd təsərrüfatı layihələrinə 1 milyard dollar ayıracaq. "İnterfaks"ın verdiyi xəbərə görə, bunu Ukraynanın ərzaq və aqrar siyasəti üzrə nazir Aleksey Pavlenko bildirib.

O, ölkənin aqrar siysətindən danışaraq deyib ki, ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanının şirkətləri ölkənin irriqasiya sisteminə sərmayə qoymağa hazırdır: "Suvarma sistemlərinin əsas hissəsi dövlətə aiddir. Hər şeydən əvvəl sərmayənin hara qoyulmasını müəyyən etmək lazımdır."

Onun sözlərinə görə, suvarma üzrə investisiya layihələrinin reallaşdırılması məsələsi Dünya Bankı ilə danışıqlar çərçivəsində müzakirə edilir. Bank birgə maliyyələşmə şərtləri daxilində bu prosesdə iştirak etməyə hazırdır.

Nazir vurğulayıb ki, indi Ukrayna hökumətində Avropa İttifaqı ölkələrinə kənd təsərrüfatı məhsullarının ixrac üçün kvotasının artırılması məsələsinə baxılır.

Xatırladaq ki, bu il yanvarın 27-də Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Ukraynaya 1,8 milyard avro kredit ayrılmasına razılıq veriblər. Ümumiyyətləı, borc öhdəlikləri də daxil olmaqla Kiyevə 15 milyard dollar lazımdır. Ötən ildə Avropa İttifaqı Ukraynaya 1,4 milyard avro maliyyə köməyi göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol