Menu

İSİD-in İraq və Suriyadakı mövqeləri bombalandı

03.02.2015, 17:51

[caption id="attachment_60282" align="alignleft" width="300"]Kobanidə İŞİD-ə qarşı hava zərbələri, 7 oktyabr 2014 arxiv foto[/caption]

ABŞ və müttəfiq ölkələrin təyyarələri son 24 saat ərzində İslam Dövləti yaraqlılarının İraq və Suriyadakı mövqelərinə 14 zərbə endiriblər.

Əməliyyatlara nəzarət mərkəzindən verilən məlumata görə, İraqda zərbələr Bayci,Tal-Afar,Əl Fəllücə və Mosul şəhərindəki hərbi birləşmələr və nəqliyyat vasitələrinə endirilib.

Suriyada isə əsas hədəf yaraqlıların əlində olan Hasaka rayonundakı neft qurğusu olub.

Bundan başqa Rakka ətrafında nəqliyyat vasitələri və 1 bina, habelə Kobani ətrafındakı hərbi birləşməyə zərbələr endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol