Menu

38 ölkə Ərdoğanın Çanaqqala dəvətini qəbul edib

03.02.2015, 18:41

cumhurbaskani-erdogan-din-adina-teror-kavramini-6520781_5452_400Azərbaycan, Albaniya, Somali prezidentləri, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri, həmçinin, Böyük Britaniya vəliəhdi Çarlz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çanaqqala zəfərinin 100 illik törənində iştirakla bağlı dəvətini qəbul ediblər.Musavat.com-un məlumatına görə, bu barədə Canakkaleninrehberi.com saytı xəbər verib.

Məlumata görə, bu günə 38 ölkə dəvəti qəbul edib. Ancaq hələlik digər dövlətlərin hansı səviyyədə təmsil olunacağı bəlli deyil.

Aprelin 24-də qeyd ediləcək tədbirə qatılmaq üçün ümumilikdə 102 ölkə rəhbərinə, o cümlədən Ermənistan prezidenti Serj Sərkisyana dəvət göndərilib. Dəvətdən yeganə imtina edən də elə odur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol