Menu

İordaniya bu gün İŞİD-in 6 üzvünü edam edəcək

04.02.2015, 08:51
İordaniya bu gün İŞİD-in 6 üzvünü edam edəcək

Hökumət İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl Kasasbehi edam etməsinə cavab olaraq yaxın saatlarda İŞİD-lə əlaqəli olan 6 terrorçunu edam edəcəyini açıqlayıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Sky News Arabia telekanalının məlumatına əsasən, edam ediləcək şəxslər arasında İŞİD-in bir müddət əvvəl girovla dəyişməyi tələb etdiyi Səcidə ər Rişauyinin də olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrları yayıb. Videoda girovun silahlılar tərəfinfən diri-diri yandırılması səhnəsi əks olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol