Ukrayna Prezidenti Petro Poroşenko lüstrasiya (sabiq məmurların dövlət vəzifələrinə buraxılmaması) haqqında qanunun üzərində işləməyin zəruriliyi barədə danışıb.
O deyib ki, Venesiya Komissiyasının prezidenti Canni Bukikkio ilə görüşü zamanı həmsöhbəti qanunu tənqid edib.
"Belə bir qanun Avropa Şurasının üzvü olan ölkələrdə mövcud ola bilməz,” Bukikkio deyib.
Venesiya Komissiyasının rəhbəri həmçinin deyib ki, “Hakimiyyətin təmizlənməsi barədə” qanunu dayandırmaq və üzərində işləmək lazımdır.
Daha sonra Ukraynanın Ədliyyə Naziri Pavel Petrenko bildirib ki, Venesiya komissiyasının tənqidlərinə baxmayaraq ölkədə lüstrasiya prosesi dayandırılmayacaq, lakin qanunun üzərində işləniləcək. /BBC


Şərhlər