Menu

“Yunanıstandan qorxmayın” - Çipras

04.02.2015, 12:56
“Yunanıstandan qorxmayın” - Çipras

Yunanıstanın yeni Baş Naziri Aleksis Çipras, Avropa ölkələri ilə əlaqələrini gücləndirmək üçün rəsmi təmaslarını davam etdirir.

Romada İtaliyanın Baş Naziri Matteo Renzi ilə keçirdiyi mətbuat konfransında danışan Aleksis Çipras, "Avropalı vətəndaşlar və Avropalı kreditorlar yeni Yunan hökumətindən qorxmamalıdır. Onlar, bu ölü siyasətin davam etməsindən narahat olmalıdırlar" deyib.

Çipras, "ölü siyasət" dedikdə Avropa Mərkəzi Bankı, BVF və AB-nin Yunanıstana tətbiq etdiyi siyasətə işarə edib. Yunanıstanın Baş Naziri, Troyka kimi tanınan bu üçlü qrupun Yunanıstanı xilas etmək üçün tətbiq etdikləri siyasətin uğurlu olmadığını da deyib.

ALTERNATİV YOL AXTARIRIQ

Çipras, Yunanıstanın Avropada bir parçalanma yaratmaq istəmədiyini, sadəcə yeni bir borc müqaviləsi imzalamaq istədiklərini, alternativlərə də açıq olduqlarını bildirib.

VERGİ ÖDƏYİCİLƏRİNİ PLANDA İSTƏMİRİK

Yunan Baş Nazir, yeni planda Avropalı vergi ödəyicilərinin Yunanıstanın borclarını ödəyəcək plana daxil olmasını istəmədiyini deyib. Çipras, bu vəziyyətin davam etməsinin daha böyük təhlükələrə səbəb ola biləcəyinə də işarə edib. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol