Menu

Rusiyada Putinə qarşı Ukrayna modeli

04.02.2015, 18:42
Rusiyada Putinə qarşı Ukrayna modeli

2013-cü ildə Rusiyadan qovulan amerikalı jurnalist Devid Satter Rusiyada siyasi ehtirasların Ukrayna modeli üzrə baş qaldıra biləcəyini istisna eləmir. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, Qərbin iqtisadi sanksiyaları, neftin qiymətinin düşməsi və Ukraynada davam edən müharibə nəticəsində baş verə bilər. Bununla bağlı o, Qərbi “Rusiyanı maksimum cilovlamağa” çağırıb.

Müəllifin “The Wall Street Journal”da dərc edilən məqaləsində deyilir: “Vladimir Putin sanksiyaların aradan qaldırılmasını ona görə istəyir ki, ölkə daxilində güclənməkdə olan iqtisadi böhran müharibənin təxmin edilməyən trayektoriyası ilə birgə Rusiyada sabitliyin pozulmasına gətirə bilər”. “”Belə şəraitdə sosial gərginlik təhlükəsi çox ciddidir” – yazır Satter.

“Rusiyada iqtisadi durum bundan sonra da pisləşsə, bir çox rusiyalılar belə bir qənaətə köklənə bilərlər ki, korrupsiyalaşmış rejimə qarşı dinc və spontan üsyanın Ukrayna modeli onların da karına gələ bilər. Ukraynanın Rusiyaya örnək ola biləcəyini nəzərə alan Putin ilk növbədə məhz buna görə Ukraynada müharibəyə başlayıb”, - deyə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol