Menu

Ucarda polis rəisi qovulub? -Yenilənib

05.02.2015, 00:11
Ucarda polis rəisi qovulub? -Yenilənib

Ucar Rayon Polis İdarəsindən Musavat.com-a verilən məlumata görə, rayonda heç bir qarşıdurma baş verməyib. Məlumatda o da deyilir ki, ötən gün iki nəfər arasında mübahisə olub və polisin müdaxiləsi ilə tərəflər arasında barışıq əldə edilib. Polisdən bildirilib ki, bölmə rəisinin işdın çıxarılması, aksiya keçirilməsi və aksiya iştirakçılarının saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir.

-----

Bir qrup Ucar sakini rayon Polis İdarəsinin qarşısında aksiya keçirib. Arqument.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov "Facebook" hesabında məlumat yayıb.

O bildirib ki, aksiyaya səbəb Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub: "Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib".

Saytın əməkdaşı Ucar rayon Polis İdarəsindən hadisə ilə bağlı açıqlama almaq istəsə də, bu barədə danışmaq istəməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol