Menu

Putin ehtiyatda olan hərbçiləri toplayır

05.02.2015, 16:32
Putin ehtiyatda olan hərbçiləri toplayır

Fərman imzalandığı andan qüvvəyə minir. Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin hərbi toplanışa çağırılması ilə bağlı fərman imzalayıb.

“2015-ci ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşlarını iki aya qədər Rusiya Federasiyasının Silahlı Qüvvələrində, Daxili İşlər Nazirliyinin daxili qoşunlarında, dövlət mühafizəsi orqanlarında, Federal Təhlükəsizlik Xidməti orqanlarında hərbi toplanış keçmək üçün çağırılsın”, - sənəddə deyilir. Oxu.az xəbər verir ki, bu barədə RF-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyada ehtiyatda olan hərbçilərin hərbi hazırlığı hər il keçirilir. Ötən il hərbi toplanışlar iyulda keçirilib.

5 fevral tarixli fərman imzalandığı andan qüvvəyə minir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol