Menu

ABŞ-dan Kiyevə böyük jest

05.02.2015, 20:35
ABŞ-dan Kiyevə böyük jest

ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd Eşton Karter Ukraynaya silah, o cümlədən uçan silahlar göndərmək ideyasını dəstəkləyib. ANS-in məlumatına görə, Eşton Karter bildirib ki, ABŞ ukraynalılara özlərini qorumaq üçün kömək etməlidir.

Onun pentaqon başçısı vəzifəsinə namizədliyinə həsr edilmiş Konqresdə dinləmələrdə E.Karter Ukrayna haqqında senator Con Makkeynin sualına cavab verərək bildirib ki, o, Vaşinqtonun Kiyevə hansı növ silah verməsi barədə Amerika hərbçiləri və Ukrayna hakimiyyəti ilə məsləhətləşəcək: "Mən Ukraynaya silah, hətta uçan pilotsuz təyyarələrin verilməsini dəstəkləyirəm".

Xatırladaq ki, prezidenti Pyotr Poroşenko daha əvvəl bildirmişdi ki, ABŞ ehtiyac yarandığı halda Ukraynaya uçan silah çatdıracaq. Çünki biz özümüzü qorumağa malik olmalıyıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol