Menu

Bakıda quldurluq edən iranlılara 10 İL HƏBS

06.02.2015, 13:26
Bakıda quldurluq edən iranlılara 10 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsin quldurluqda təqsirləndirilən İran İslam Respublikasının vətəndaşları, 1992-ci il təvəllüdlü Daniyal Mirjoch, Safa Sofarinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə hər iki əcnəbi vətəndaş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının müxtəlif yerlərində quldurluqda şübhəli bilinin İran İslam Respublikasının vətəndaşları Daniyal Mirjoch, Safa Sofari saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 180( quldurluq)-cı maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol