Menu

Almaniya və Fransa liderlərinin Moskvaya səfəri başlayıb

06.02.2015, 20:09
Almaniya və Fransa liderlərinin Moskvaya səfəri başlayıb

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Rusiyaya səfəri başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 18:40 radələrində onları Kremldə Rusiya prezidenti Vladimir Putin qəbul edəcək.

Görüşdə dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Moskvaya səfərdən öncə Fransa və Almaniya liderləri Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol