Menu

Bu rayonlarda törədilən qətlləri açmaq mümkün olmayıb

06.02.2015, 21:05
Bu rayonlarda törədilən qətlləri açmaq mümkün olmayıb

Azərbaycanın 12 rayonunda törədilən qəsdən adam öldürmə cinayətlərinin üstü açılmayıb. Lent.az-ın məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyilib. Şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinın görülməsinə, qeydə alınan 205 qəsdən adam öldürmə cinayətinin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-nün isti izlərlə açılmasına baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması diqqətə çatdırılıb. Qeyd edilib ki, 12 belə cinayətin, o cümlədən Bakı şəhərinin Suraxanı və Nizami rayonlarında, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Neftçala, Tərtər, Salyan, Xaçmaz, Xızı, Qəbələ və Ucar rayonlarının hər birində 1 bu qəbildən olan cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanıdır.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2014-cü ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol