Menu

Moskvada Putin-Olland-Merkel danışıqları başa çatdı

07.02.2015, 01:28
Moskvada Putin-Olland-Merkel danışıqları başa çatdı

Cümə günü axşam Kremldə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında gedən danışıqlar başa çatıb.

Report.az RT-yə istinadən xəbər verir ki, liderlər görüşün ardınca şam yeməyi masasına əyləşiblər.

Üç ölkə liderinin mətbuata açıqlama verəcəkləri ilə bağlı dəqiq məlumat yoxdur.

V.Putinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, danışıqlar hər hansı bir nümayəndə heyəti üzvü və ya ekspertin iştirakı olmadan "təkbətək" formatında keçirilib.

A.Merkel və F.Olland Moskvaya Donbassda yaranan vəziyyətin həlli istiqamətində atılacaq addımları müzakirə etmək üçün gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol