Menu

İŞİD daha 3 nəfəri diri-diri yandırdı

07.02.2015, 08:47
İŞİD daha 3 nəfəri diri-diri yandırdı

“İŞİD” terror qruplaşması İraqın Anbar vilayətində 3 nəfəri edam edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular casusluqda günahlandırılan şəxsləri camaatın gözü qarşısında diri-diri yandırıblar.

Edam edilənlər İraqın təhlükəsizlik qüvvələrinə qruplaşmaya dair məlumatların ötürülməsində təqsirli biliniblər.

Fevralın 3-də “İŞİD” əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrlar yaymışdı. İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol